MTRŞ televiziyalara məktub göndərib – SƏBƏB

15.10.2019 - 10:36

Milli Televiziya ve Radio Yayımları Şirkəti (MTRŞ) süni mayalanma üzrə tibbi xidmət reklamının yayımlanmasının qanunla qadağan olunması ilə bağlı ümumrespublika və regional televiziya yayımçılarına məktub göndərib.

MTRŞ-ın Aparat rəhbəri Asəf Hacıyev “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, eyni məzmunlu məktub “Azərbaycan Televiziya və Radio verilişleri” QSC-yə, “İctimai Televiziya ve Radio Yayımları Şirkəti”nə, “Xəzər TV” MMC-yə, “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə, “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Space Müsteqil Teleradio Şirkəti’nə, “ARB” Televiziyasına, “Dünya” Televiziyasına və “Qafqaz” Televiziyasına ünvanlanıb.

Məktubda qeyd olunub ki, son zamanlarda bəzi teleradio yayımçıları tərəfindən süni mayalanma üzrə tibbi xidmətin reklamının yayımlanması hallarına rast gəlinib:

“Nəzərinizə çatdırırıq ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin tələbinə əsasən, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.

Eyni zamanda bildiririk ki, İnzibati Xətalar Məcəlləsində reklam haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub. Qeyd olunanlara əsasən, sözügedən məsələni nəzərə almağınız və gələcək fəaliyyətinizdə də daim diqqət mərkəzində saxlamağınız üçün tövsiyə olunur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=134571

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31