Azərbaycanda eşitmə qüsurlu kişi qatarın altında qaldı

15.10.2019 - 15:16

Bu gün saat 10:30 radələrində Sığırlı stansiyasında xəsarətlə nəticələnən hadisə baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Cümhuriyyət”ə verilən məlumata görə, yük qatarı stansiyanın tək yolunda hərəkət edən zaman 367-ci kilometrlikdə dəmir yolu xəttini keçmək istəyən şəxsi vurub.

“Maşinist dərhal səs siqnalları verərək tormozlama aparıb. Lakin hadisənin qarşısını almaq mümkün olmayıb. Elektrovoz Sığırlı kənd sakini, eşitmə qüsurlu Mirzə Talıb oğlu Şəmiyevi vurub. Xəsarət alan şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır”, – deyə məlumatda qeyd olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=134610

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31