“Razılaşdırılmamış aksiyaların qarşısı polis tərəfindən alınacaq” – BŞBPİ

15.10.2019 - 17:18

675da5be6f73762Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə icazəsiz aksiyaya çağırışlarla bağlı xəbərdarlıq edib.

BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq: “Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək.”

Qeyd edək ki, Milli Şura oktyabrın 19-da mitinq keçirmək niyyəti ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Sosial şəbəkələrdə mitinqə icazə verilməyəcəyi təqdirdə paytaxtın “28 May” metrosu ətrafında aksiya keçiriləcəyi ilə bağlı çağırışlar yayılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=134626

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31