Bakıda 4 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb

16.10.2019 - 10:30

07bef332-589d-4d25-a416-55b87d1f34eeDaxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində 4 nəfər saxlanılıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinin (PB) əməkdaşları Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü O.Nuridən 1 kq-dan artıq heroin, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş M.Qafarovdan 538 qram heroin, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən paytaxt sakini, 1972-ci il təvəllüdlü N.Məmmədbəylidən 210 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, Xətai RPİ-nin 35-ci PB əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində N.Abbasov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 918 qram heroin aşkar edilərək götürülüb.

Hər 4 faktla bağlı araşdırmalar aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=134646

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31