Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Cümhuriyyət”ə verilən məlumata görə, oktyabr ayının 15-də törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=134661