Keçmiş icra başçısının qohumunun məhkəməsində prokuror vaxt istədi

16.10.2019 - 16:06

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Xəyyam Balayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Xəyyam Balayevlə zərərçəkmiş Yalçın Abdullayev arasında olan danışığın səs yazısı dinlənilib. Səs yazısında X.Balayev Y.Abdullayevdən pul aldığını etiraf edir.
X.Balayevin vəkili isə səs yazısında müdafiə etdiyi şəxsin stress və qorxu içində olduğunu deyib. Prokuror və Yalçın Abdullayevin vəkili bu fikirlərin əsassız olduğunu bildiriblər.
Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.
Prokuror çıxış üşün vaxt istəyib.
Proses oktyabrın 25-də davam edəcək.
Xəyyam Balayev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.
O, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq qaytarmamaqda ittiham edilir.
Xəyyam Balayev Yalçın Abdullayevdən pul aldığını təsdiqləsə də, bildirib ki, biznes məqsədilə aldığı məbləği qazancı ilə birlikdə geri qaytarıb.
Xatırladaq ki, Y.Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğludur.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=134698

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930