Barselonada iğtişaşlar: Küçələrdə maşınlar yandırılır, barrikadalar qurulur…
Cümə axşamına keçən gecə Barselonada polislə Kataloniyanın müstəqilliyinin tərəfdarları arasında toqquşmalar qızışıb. Hadisə yerindən çəkilmiş videokadrlardan görünür ki, şəhərin mərkəzi küçələrində maşınlar və zibil qabları yanır…
Bütün Kataloniyada etirazlar artıq 3 gündür ki, davam edir. Etirazlar 12 kataloniyalı siyasətçinin həbsi üçün orderin verilməsindən sonra başlanıb. Onlar müstəqillik barədə referendumun keçirilməsində günahlandırılırlar. Məlumdur ki, 2017-ci ildə keçirilmiş referendum krallıq hakimiyyəti tərəfindən qeyri-qanuni elan olunub.
Ötən gecə 51 etirazçının həbsindən sonra etirazlar daha da qızışıb. Kataloniya hökumətinin sədri etirazçıların həbsindən sonra zorakılığın dayandırılmasına çağırıb. Hökumət proseslərin inkişafının bütün variantlarını nəzərdən keçirir.
Polislər xəbər verirlər ki, etirazçılar «Molotov kokteyli»ndən istifadə edirlər.
Qarışıqlıqlar eyni zamanda çərşənbə günü Jironda, Lleydə, Tarraqonda və muxtar vilayətin digər şəhərlərində də baş verib.
İspaniya hökumətinin başçısı vəzifəsini icra edən Pedro Sançes bəyan edib ki, hökumət qətiyyətlə hərəkət etməyə hazırdır.
«Kataloniyalılar və İspaniya cəmiyyəti bilməlidir ki, hökumət bütün mümkün variantları nəzərdən keçirir» – deyə, Sançes Madriddə keçirdiyi mətbuat konfransında bəyan edib.
AzPolitika.info
Short URL: http://www.cumhuriyyet.net/?p=134809