Ərdoğan Trampın məktubunu zibil qutusuna atıb

17.10.2019 - 15:12

bf5873c3-9fb5-4ba3-9ef4-2e84a31ffbb3Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampdan aldığı məktubu zibil qutusuna atıb.

“Report” xəbər verir ki, bu barədə “BBC News” Türkiyə liderinin administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, dövlət başçısı məktub alıb oxuduqdan sonra, orada yazılanları qəti şəkildə rədd edib və onu zibil qutusuna atıb.

Daha əvvəl D.Trampın Türkiyənin Suriyada əməliyyatlara başladığı gün həmkarına məktub göndərdiyi məlum olmuşdu. Məktubda Trampın tvitlərinə xas olan ifadələr çoxluq təşkil edir.

“Hörmətli cənab Prezident, gəlin, yaxşı bir razılaşmanı müzakirə edək! Siz minlərlə insanın qətliamında və qətlində günahlandırılmaq istəmirsiniz, mən isə Türkiyə iqtisadiyyatının çökdürülməsinə görə məsuliyyət daşımaq istəmirəm – amma bunu bacararam”, – məktubun birinci abzasında deyilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=134812

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930