Bakıda 1 günlük körpə küçəyə atıldı

18.10.2019 - 12:46

Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində 1 günlük oğlan uşağı küçəyə atılıb.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, körpə hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib:

“Uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir”.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, uşaq qutunun içərisində yorğançaya bükülmüş vəziyyətdə tapılıb.

Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=134866

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31