“Bakı Metropoliteni”nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib

18.10.2019 - 16:43

“Bakı Metropoliteni” QSC-nin stansiyalarının rəislərinin yerləri dəyişib.

 

“Report”un əldə etdiyi məlumata görə, bu barədə qurum rəisi Zaur Hüseynov əmr imzalayıb. Onların bəzilərinin adları məlum olub.

 

Z.Hüseynovun əmrinə əsasən, metronun “Şah İsmayıl Xətai” stansiyasının rəisi Cümşüd Cəfərov vəzifəsindən azad edilərək “Sahil” stansiyasına, “Neftçilər” stansiyasının rəisi Dəyanət Dadaşov isə vəzifəsindən azad edilərək “Şah İsmayıl Xətai” stansiyasına rəis təyin edilib. Bundan əlavə, “Sahil” stansiyasının rəisi Yusif Şabanov “Nizami” stansiyasına rəis kimi transfer olunub.

 

“Əhmədli” stansiyasının rəisi Vidadi İbrahimov vəzifəsindən azad edilərək “28 May” stansiyasının rəisi təyin edilib. Metronun “Memar Əcəmi 2″ stansiyasının rəisi Faiq Həsənovla “Avtovağzal” stansiyasının rəisi Seyfulla Vəliyev öz aralarında yerlərini dəyişiblər. “Bakmil”in rəisi Əlişan Ağayev “Memar Əcəmi” stansiyasına, “Memar Əcəmi” stansiyasının rəisi Sərdar Babayev isə “Bakmil”ə rəis təyin edilib.

 

Həmçinin “28 May” stansiyasının rəis müavini Zəfər Əhmədov “Sahil” stansiyasında eyni vəzifəyə təyinat alıb. “Nizami” stansiyasının rəis müavini “28 May” stansiyasına müavin gətirilib.

 

Qeyd edək ki, yerdəyişmə ilə bağlı məsələlərə “Bakı Metropoliteni” aydınlıq gətirməyib.

 

Xatırladaq ki, “Bakı Metropoliteni”nin 25 stansiyası var.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=134898

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31