“Suriyanın şimalında terrorçular razılaşmanı pozur” – Türkiyə Müdafiə Nazirliyi
Suriyanın şimalında PKK/YPG terrorçuları son 36 saatda atəşkəsi 14 dəfə pozub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
“ABŞ və Türkiyə arasında əldə edilmiş razılaşmaya baxmayaraq, son 36 saatda terrorçular atəşkəsi 14 dəfə pozublar”, – deyə məlumatda qeyd olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=134946