Polis Əli Kərimlini saxladı – Saxlanma anının VİDEOSU

19.10.2019 - 17:43

eli kerimliPolis Milli Şuranın bu gün saat 15:00-a 28 May metrostansiyasının qarşısına təyin etdiyi razılaşdırılmamış mitinqin keçirilməsinə imkan verməyib. Son məlumatlara görə, mitinqdə iştirak etmək üçün evindən çıxan AXCP sədri Əli Kərimli elə yaşadığı binanın qarşısında saxlanılaraq naməlum istiqamətə aparılıb. Onunla birlikdə olanların da saxlanıldıqları bildirilir. 

Bundan əvvəl Əli Kərimli “Facebook”da yazmışdı ki, yaşadığı evin qarşısında 20-dən artıq mülki geyimli əməliyyatçı onun aşağı düşməsini gözləyir.

Mitinqin təyin olunduğu ərazidə internet kəsilib.

 

polisMüxalifətin Milli Şura qanadının 28 May metrostansiyasının qarşısına elan etdiyi mitinqlə əlaqədar olaraq, bu gün səhər saatlarından başlayaraq, polis Bakının mərkəzini, xüsusən də 28 May metrostansiyasının ətrafını ciddi nəzarət altına alıb.

“AzPolitika“nın məlumatına görə, bu dəqiqələrdə polis 28 May metrostansiyasına doğru aparan küçələri bağlayır, həmçinin metronun iş qrafikində də dəyişiklik edilib. Belə ki, 13:00-dan 16:00-a dək qatarlar 28 May metrostansiyasında saxlamayacaqlar.

O da bildirilir ki, polis müxalifətçilərin ətrafda yerləşən iaşə obyektlərində yığışaraq elan olunan saatda aksiyaya cəhd edəcəkləri ehtimalını da nəzərə alaraq, yaxınlıqdakı kafe, restoran, çay evi və ticarət mərkəzlərini də nəzarət altına götürüb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə müsbət cavab verərək, onlara Qaradağ rayonunun Lökbatan qəsəbəsində aksiya keçirmək üçün icazə verib. Lakin Milli Şura bununla razılaşmayaraq, Bakının mərkəzinə aksiya elan edib.

Bakı Şəhər Baş Polis İdarəsi razılaşdırılmamış aksiyaya imkan verməyəcəyini bəyan edib.

73475158_2768387083174312_925124505175588864_n
75210280_2670749579644674_1296663820801933312_n
72673234_2670749686311330_5247064028290744320_n

Short URL: http://www.cumhuriyyet.net/?p=134954

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31