Polis Pənah Hüseyni saxlayıb
AXC hakimiyyətinin baş naziri, Xalq Partiyasının sədri Pənah Hüseyn saxlanılıb.
“AzPolitika.info”-nun məlumatına görə, bu barədə jurnalist Əvəz Zeynallı məlumat verib.
“Pənah Hüseyni Rəşid Behbudov adına Mahnı Teatrının qarşısından 28 Maya doğru gedərkən mülki geyimli şəxslər saxladılar”, – jurnalist “Facebook”da yazıb.
Ə.Zeynallı bildirib ki, onun özünü də saxlamaq istəyiblər. Lakin jurnalist olduğunu bildikdən sonra sərbəst buraxıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=134955