Vəzifəli şəxs yarım milyon manatdan çox pul mənimsəyib – Məhkəmə başlayır

22.10.2019 - 10:19

mehkemXüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmədə təqsirləndirilən şirkət rəhbəri barəsində cinayət işi başlanılıb.

APA-nın məlumatına görə, “Smart Poliqraf” və “Marsan” MMC-lərin rəhbəri Mehralıyev İlahim Ərəstun oğlu yarım milyon manatdan çox mənimsəmədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

İ. Mehralıyev barəsində aparılan ibtidai istintaq başa çatdırılıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun icraatına verilib.

İş üzrə Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamenti və Kənd Təsərrüfatları Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi zərərçəkmiş kimi tanınıb

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=135042

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930