Bakıda oğurluq, soyğunçuluq və quldurluq törədən 68 qrup zərərsizləşdirilib

24.10.2019 - 10:12

polis_idaresi_201015Qazanılan uğurlardan arxayınlaşmayan polis ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınmasında üzərinə düşən vəzifələri davam etdirir.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Cümhuriyyət”ə bildirib. O qeyd edib ki, paytaxt polisi tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin 9 ayında 26 soyğunçuluq və quldurluq cinayətlərində şübhəli bilinən 55 nəfərdən ibarət 26 qrup zərərsizləşdirilib: “Hesabat dövrü ərzində 74 mənzil oğurluğu törədən 98 nəfərdən ibarət 42 cinayətkar qrup ifşa olunub”.

E.Hacıyev əlavə edib ki, hər bir fakt üzrə polis orqanlarında şübhəli şəxslərin istintaqı, ictimai təhlükəli əməllərin profilaktikası üzrə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər davam etdirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=135190

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728