Hüquq müdafiəçisinin döyülməsi faktı araşdırılır – RƏSMİ

24.10.2019 - 18:20

Bakıda hüquq müdafiəçisinin döyülməsi faktı ilə bağlı araşdırmalara başlanıb.

Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vətəndaş Ağamusa İsmayılovun fiziki təzyiqə məruz qalması ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. A.İsmayılov tərəfindən daxil olan müraciət üzrə tərəflər arasında şəxsi münasibətlər zəminində yaranan mübahisənin tam və hərtərəfli araşdırılması üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.
Qeyd edək ki, A.ismayılov hüquqşünasdır və o əvvəllər vəkil kimi fəaliyyət göstərib.

Short URL: http://www.cumhuriyyet.net/?p=135257

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728