“Azərsu” ağac kəsdiyinə görə cərimələnib

28.10.2019 - 10:31

435c4008-3674-4718-ac68-719008bccacb (1)Nərimanov Rayon Məhkəməsi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin cərimə edilməsi barədə qərar çıxarıb.

“Report”un xəbərinə görə, məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsi) maddəsi ilə təqsirli bilib.

Bu inzibati xətaya görə, fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il qərarından “Azərsu” ASC sədrinin müşaviri – hüquq departamentinin rəisi Faiq Kazımov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=135354

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728