“Həmin çıxışımda xoşagəlməz fikir səsləndirməmişəm” – Xanhüseyn Kazımlı (VİDEO)
Milli Məclisin deputatı Xanhüseyn Kazımlının sosial şəbəkələrdə yayılan videosu birmənalı qarşılanmayıb.
Unikal.org-a açıqlama verən deputat sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyasını anlamadığını bildirib:
“Ay qardaş, mən büdcə haqqında bir şey deməmişəm axı. İnsanların məni niyə tənqid etdiyini anlamıram. Həmin çıxışımda xoşagəlməz fikir səsləndirməmişəm. İnsanlar söhbətin nədən getdiyini bilmədiyi halda məni tənqid etməsinlər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=135443