Oqtay Gülalıyevin vurulma anı -VİDEO

30.10.2019 - 11:23

dfgrgXəbər verdiyimiz kimi, hüquq müdafiəçisi Oqtay Gülalıyevi maşın vurub. Hadisə Bakıda, 28 May metrostansiyasının yaxınlığında baş verib.

Artıq hadisənin baş verdiyi anın videogörüntüləri də yayılıb. Belə ki, O.Gülalıyev piyada keçidinin üzərinə çıxandan az sonra üzərində taksi nişanı olan avtomobil onun üzərinə gəlib, vuraraq yerə yıxır.

Vuran avtomobil Hunday Aksent markalı və ağ rəngdə 90 PZ 543 dövlət nömrə nişanlıdır. Avtomobilin sürücüsünün özü də xəstəxanadadır. Sürücü O.Gülalıyevi vurduğu avtomobili ilə xəstəxanaya çatdırıb.

 

Görüntüləri təqdim edirik:


***

Hüquq müdafiəçisi Oktay Gülalıyevi avtomobil vurub.

BakuPost-un məlumatına görə, Oktay Gülalıyevin yaxınlarının “facebook”da yazdığına görə, hadisə metronun 28 May stansiyasının yaxınlığında baş verib.

Oqtay Gülalıyev Səməd Vurğun bağının yanında yolu keçərkən piyada keçidinin üstündə vurulub. O, hadisəni törədən “Hyundai” markalı avtomobilin sürücüsü tərəfindən xəstəxanaya çatdırılıb.

Hazırda reanimasiyada olan Oqtay Gülalıyevin vəziyyətinin ağır olduğu bildirilir.

“Azpolitika.info”

Short URL: http://www.cumhuriyyet.net/?p=135494

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728