Oqtay Gülalıyevin əməliyyatı yekunlaşdı – YENİLƏNİB

30.10.2019 - 15:33

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin əməliyyatı bitib.

Bu barədə “Cümhuriyyət”ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hüquq müdafiəçisi hələlik əməliyyat blokundadır:

“20 dəqiqəyə reanimasiya şöbəsinə düşürüləcək”.

***

13:05

Hüquq müdafiəçisi Oqtay Gülalıyev əməliyyata götürülüb.

Bu barədə “Cümhuriyyət”ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, O.Gülalıyevin yerləşdirildiyi özəl klinikadan nazirliyə verilən məlumata görə, Oqtay Gülalıyev əməliyyata hazırlanıb, ancaq ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib:

“Səhiyyə Nazirliyi özəl klinikaya Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Hal-hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=135509

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728