Hakimlər arvadını öldürən şəxsin anlaqsız olduğu qənaətinə gəlib

31.10.2019 - 11:48
Əfqan Hacıyev

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Müsəddiq Əliyevin cinayət işi məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, hakimlər heyəti M.Əliyevin anlaqsız olduğu qənaətinə gəlib və onun barəsində məcburi müalicə qərarı çıxarılıb.

Qeyd edək ki, hadisə ötən il Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb. M.Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. O, qətli qısqanclıq zəminində törətdiyini deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=135563

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728