Elza Seyidcahanın anasına qarşı dələduzluq edilib

05.11.2019 - 13:20

pul-manatƏməkdar artist Elza Seyidcahanın (Qasımova) anasına qarşı dələduzluq edilib.

Bu barədə “Report”a E.Seyidcahan məlumat verib.

Onun sözlərinə görə, Rasim Məmmədov və adını açıqlamadığı digər iki şəxs anasının Bakı şəhərində olan torpaq sahəsini satıb, etibarından sui-istifadə edərək dələduzluq edib: “Həmin şəxslər anamı aldadıb, torpaq sahəsini satıb, guya həmin torpaq sahəsinin əvəzinə başqa evlər verəcəkdi. Lakin onlar verdikləri vədə əməl etmədilər. Mən də hüquq-mühafizə orqanlarına müraciət etdim”.

E.Seyidcahan bildirib ki, polis əməkdaşlarının araşdırması nəticəsində R.Məmmədov və digər iki şəxs saxlanılıb: “Həmin şəxslər söz veriblər ki, bir ay ərzində anamının ya evini, ya da pulunu geri qaytaracaqlar”.

Əməkdar artist R.Məmmədov və digərlərinin tapılaraq ifşa olunmasında göstərdiyi köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşı, polis kapitanı İrfan Gərayzadəyə minnətdarlığını bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=135882

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728