İki uşağı ilə “Megafun”a gedən ana itkin düşüb
Bakıda ana iki uşağı ilə birgə itkin düşüb.
“Report”un xəbərinə görə, hadisə oktyabrın 24-də Nərimanov rayon ərazisində baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü Lamiya Əlizadə oğlu – 2010-cu il təvəllüdlü Emil Məmişov və qızı – 2013-cü il təvəllüdlü Günay Məmişova ilə birgə Xətai rayon ərazisində yerləşən “Megafun” əyləncə mərkəzinə gedib. O, bir müddət sonra həyat yoldaşı ilə əlaqə saxlayıb və Ə.Rəcəbli küçəsi-3 ünvanında yaşayan bacısının evinə gedəcəyini deyib və bir daha geri qayıtmayıb.
Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=135933