Azər Qasımlı: “İlqar Məmmədov ReAL-ı Kommunist Partiyasına çevirmək niyyətindədir”

06.11.2019 - 12:00

“Partiyada idarəetmədə kollektiv qərar vermək son 6 ayda daha da zəifləyib. İlqar Məmmədov bizim qurduğumun yerli təşkilatları dağıdıb, məhv etmək istəyir. O, İdarə Heyətinin son iclasında dəyişiklik və islahat etmək lazım olduğunu dedi. İlqar Məmmədovun təklifləri ReAl-ı Kommunist Partiyasına çevirəcək, təkhakimiyyətlilik yaradacaq. Hətta 90-cı illərdə yaranmı. partiyalarda belə bu biabırçı vəziyyət yoxdur. İlqar Məmmədovun təklif etdiyi əcaib və avtoritar bir strukturdur”.

APA-nın məlumatına görə, bu sözləri Real Məclisini Məclis üzvü Azər Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İlqar Məmmədov həbsdən çıxdıqdan sonra yerli təşkilatlar onun tabeliyində olub: “İlqar Məmmədov bir il sonra dedi ki, yerli təşkilatlar çox zəifdir. Mən bunu qəbul etmirəm. Zəifdir deməsini doğru saymıram. Bir il ərzində güclü etmək imkanı var idi. Lakin İlqar Məmmədov bunu etmədi”.

Short URL: http://www.cumhuriyyet.net/?p=135953

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728