Bakıda mənzildə qadın meyiti aşkarlandı
Bakıda mənzildə qadın meyiti aşkarlanıb.
Bu barədə “Cümhuriyyət”ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Əhmədova Dilşad Batixan qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=135984