“Əbubəkr əl-Bağdadinin arvadı həbs olunub” – Ərdoğan
“Terrorçu İŞİD qruplaşmasının ötən ay öldürülən lideri Əbubəkr əl-Bağdadinin arvadı həbs olunub”.
“Report” “Sabah”a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“İlk dəfədir deyirəm ki, Əbubəkr əl-Bağdadinin xanımını tutmuşuq”, o vurğulayıb.
Qeyd edək ki, İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Əl-Bağdadi bir tuneldə mühasirəyə alınıb. O, bu zaman üzərindəki partlayıcını işə salıb. Nəticədə Bağdadinin özü, iki həyat yoldaşı və üç uşağı ölüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=136002