Evdən külli miqdarda pul və telefon oğurlayanlar saxlanıldı

12.11.2019 - 13:45

Göygöldə oğurluq hadisəsi qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Cümhuriyyət”ə verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları oğurluğu törədən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Rəşad Ələkbərov və 37 yaşlı Ülvi Novruzovu saxalyıb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər avqust ayının 27-də rayonun Hacıməlik qəsəbəsindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 5000 manat olan müxtəlif növ qızıl zinət əşyası, 400 manat nağd pulu və ümumi dəyəri 400 manat olan 3 ədəd mobil telefonu oğurlayıblar.

R.Ələkəbərov və Ü.Novruzov saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil verilib və onların Gəncə şəhərində də bir neçə anoloji cinayət hadisəsi törətdiyi ehtimal olunduğundan faktla bağlı araşdırmalar davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=136306

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728