İran vətəndaşı sərhəddə narkotiklə saxlanıldı

12.11.2019 - 16:00

Azərbaycan gömrükçüləri narkotik vasitə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən “Cümhuriyyət”ə verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan gələn həmin ölkə vətəndaşı Pour Nabi Mavaneh Abdollah Aziz oğlu saxlanılıb və əl yükü rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd qara rəngli sellofan torbada olan karton qutunun içərisində, 2 ədəd yumru formalı ehtiyat hissələrinin hər birinin daxilindəki boşluqda, aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3420 qram olan qara rəngli narkotik vasitə – tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136318

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031