Bakıda bəylə gəlin piketə düşdü

13.11.2019 - 10:40

Bakıda bəylə gəlin polislə jurnalistlərin arasında qalıb.

APA TV-nin məlumatına görə, hadisə paytaxtın mərkəzi hissəsində – Bakı Şəhər İcra Hakimiyyətinin binası yaxınlığında baş verib.

Fotosessiya etdirdikləri İçərişəhərdən çıxan bəy və gəlin Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısına təyin etdiyi razılaşdırılmamış aksiya ilə əlaqədar əraziyə toplaşan polislər və jurnalistlərlə qarşılaşıblar. Xeyli sayda jurnalist onları əhatəyə alIb. Polis çaşqınlığa uğrayan yeni evlilərin ərazini rahat tərk etməsi üçün şərait yaradıb.

Xatırladaq ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) noyabrın 12-də paytaxtın mərkəzində təxminən 15 nəfərin qanunsuz hərəkətlərinin qarşısının alındığı barədə məlumat yayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=136360

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728