Zərdab sakinindən 4 kiloqram marixuana götürülüb
Zərdab sakinindən narkotik vasitə götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Cümhuriyyət”ə verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıqaya kənd sakini M.Şükürovun evinin həyətindən 4 kiloqram 785 qram, Məlikli kənd sakini S.Qədirovun evindən isə 481 qramdan artıq marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=136478