“Zaminbank”ın mənimsəmədə təqsirləndirilən vəzifəlilərinə şərti cəza verilib

15.11.2019 - 15:45

aea7cb8c-173d-45eb-a84b-3d5e8c53f24dBakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank”ın vəzifəli şəxsləri – Şahin İlyasov, Anar Osmanov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib.

Qeyd edək ki, dövlət ittihamçısı Ş.İlyasovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini və onun barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini təklif etmişdi.

Prokuror digər təqsirləndirilənlərə 5 il şərti azadlıqdan məhrumetmə cəzası verilməsini istəmişdi.

Təqsirləndirilən Şahin İlyasov “Zaminbank”ın “Sumqayıt” filialının müdiri, Anar Osmanov Xəzinə şöbəsinin müdiri, Anar Həsənov isə bankın Kredit şöbəsinin əməkdaşı, Zərifə Abıyeva da bankın əməkdaşı olub.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəməkdə təqsirləndirilirlər.

Təqsirləndirilən şəxslər, ümumilikdə, banka 1 milyon 337 min manat ziyan vurmaqda təqsirləndirilirlər. Məhkəmədə həmin məbləğin ödənildiyi bildirilib.

Bankın nümayəndəsi məhkəmədə bildirib ki, ödənilən 1 milyon 337 min manat faiz borcları ilə birlikdə hesablanıb və istintaq belə qənaətə gəlib ki, zərər tam ödənilib. Amma müqavilə öhdəlikləri üzrə hələ də borc qalır.

Təqsirləndirilənlər barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136565

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930