Damar malformasiyası olan azərbaycanlı əməliyyat edilib

18.11.2019 - 10:59

Damar malformasiyası olan 26 yaşlı pasiyent Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib.

Bu barədə “Cümhuriyyət”ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, doğuşdan üzünün sağ tərəfində mövcud, lakin son illərdə böyüyərək üzündə asimmetriya, rəng dəyişikliyi və şiddətli ağrıya səbəb olan bərk şişlik səbəbi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən xəstədə Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrah, prof. Ahmet Memiş tərəfindən edilən Rəngli Doppler USM, MRT və angioqrafiya müayinələri sonrası “doğuşdan anormal qan-damar yumağı törəməsi olan Arteriovenoz malformasiya” diaqnozu qoyulub.

Əvvəlcə prof. Ahmet Memiş tərəfindən bud arteriyasından girilərək angioqrafiya – qan damarların rentgenoloji müayinəsi sayəsində malformasiyanın qidalandırıcı arteriyaları embolizasiya üsulu ilə bağlanılıb və “qansızlaşdırma” təmin edilib. Növbəti gündə cərrah Ruslan Rəhimov tərəfindən malformasiya qansız əməliyyatla tam olaraq xaric edilib.

İçərisində çox sürətli qan axımı olan çox sayda arteriya və venalardan yaranmış, əməliyyatda qanaxma riski çox yüksək olduğundan tamamilə çıxarıla bilməyən damar malformasiyaları bu səbəbdən əksər xəstələrdə əməliyyatdan sonra təkrar və daha aqressiv böyüyürlər. Belə uğursuzluqla qarşılaşmamaq üçün xəstəyə multidissiplinar yanaşma tətbiq olunub.

Prof. Ahmet Memiş vurğulayıb ki, fərqli ixtisas sahələrindəki həkimlərin kompleks-ağır patologiyalarda birlikdə müalicə-əməliyyat yanaşması ən uğurlu nəticəni almaq üçün çox vacibdir və “SOLO” işləmək ağır xəstəliklərin müalicəsində uğursuzluğu artıran ən önəmli səbəbdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=136646

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728