Məhkum infarktdan öldü
Bakıda məhkum ölüb.
APA -nın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Qəsdən adam öldürdüyünə görə, 11 il azadlıqdan məhrum olunan Elxan Cəfərov infarktdan ölüb.
Qeyd edək ki, Elxan Cəfərov Nardaran qəsəbəsində ov tüfəngi ilə atəş açaraq 1957-ci il təvəllüdlü Süleyman Nuruzadəni münaqişə zəminində qətlə yetirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=136706