Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq etdi? – YENİLƏNİB

19.11.2019 - 17:01

“Xəbər saytları mənə qarşı kampaniyaya başlayıblar”.

Lent.az xəbər verir ki, bu sözləri Elçin Əlibəyli sosial şəbəkə hesabında bildirib. Aparıcı əlavə edib ki, bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyulur:

“Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər! Həyat yoldaşımın adını hallandıran saytları bir-bir məhkəmə qarşısına çıxaracam”.

***

16:42

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.

Lent.az oxu.az-a istinadla bildirir ki, bununla bağlı hüquq-mühafizə orqanlarından məlumat verilib.

E.Əlibəyli Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elçin Əlibəylinin həyat yoldaşı bunun təxribat olduğunu bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=136789

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728