20 ildir asfalt yola həsrət qalan küçə – Suraxanı rayonu Samir Əliyev küçəsi + Foto

19.11.2019 - 17:35

81335_srcBakıda asfalt yola həsrət qalan qəsəbələrdən biri də Suraxanı rayonu ərazisindəki Yeni Suraxanı kimi tanınan qəsəbədir. Hələ 1990-cı illərdə əsası qoyulan qəsəbənin yolları 20 ilə yaxındır ki, bərbad vəziyyətdədur.

“AzPolitika.info”-ya müraciət edən qəsəbə sakinləri xüsusilə də Samir Əliyev küçəsində vəziyyətin acınacaqlı olduğunu bildirirlər. Dəfələrlə Suraxanı rayon İcra Hakimiyyətinə və digər müvafiq dövlət qurumlarına müraciət etmələrinə rəğmən qəsbənin yolları təmir edilmir. Sakinlər bildirirlər ki, xüsusilə qış aylarında vəziyyət dözülməz həddə çatır, uşaqların məktəbə getməsi müşkülə çevrilir. Şəxsi avtomobili olmayanların küçələrdə hərəkəti mümkünsüz olur.

81347_srcQeyd edək ki, Yağıntı olan kimi həmin yollarda nəinki piyada, hətta avtomobillə də hərəkət etmək çətin olur. Sakinlər deyirlər ki, yağıntı çoxalanda onların çoxu bir neçə günlük ərzaqlarını alırlar ki, suyun, palçığın içində mağazaya getməyə məcbur qalmasınlar.

Prezidentin ölkə ərazisində yol çəkilişinə böyük diqqət ayırdığını vurğulayan qəsəbə sakinləri tezliklə Yeni Suraxanıya, xüsusilə də Samir Əliyev küçəsinə asfalt yol çəkilməsini ölkə başçısından xahiş edirlər. Çünki digər qurumlara etdikləri müraciətlərə məhəl qoyan yoxdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=136794

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728