“Hər sammitdə ABŞ prezidentinin arxasınca onu lağa qoyurlar” – Trampın ələ salınmasına reaksiyalar

06.12.2019 - 15:31

Çərşənbə axşamı yayılan videoda dünya liderlərinin London sammitində Trampı lağa qoyduqları əks olunub. Bu barədə “Fox News” xəbər verir.

Kanadanın “CBC” şirkəti tərəfindən yayılan videoda ölkənin baş naziri Castin Trüdo, onun britaniyalı həmkarı Boris Conson və Fransa prezidenti Emmanuel Makronun aralarında şahzadə Annanın da olduğu başqa qonaqlarla söhbət etdiyi görünür. Onlar elə həmin gün baş tutan mətbuat konfransından sonra Bukingem sarayında keçirilən məclisdə bir araya gəliblər.

Tramp spontan təşkil etdiyi mətbuat konfransında impiçment proseduru ilə bağlı Konqresdə keçirilən dinləmələrə, həmçinin Fransanın İŞİD döyüşçülərini qəbul etmək istəməməsi ilə bağlı Makronla arasında baş tutan “ehtiraslı” dialoqa toxunub.

“Ona görə gecikdiniz?” – üzünü Makrona tutan Boris Conson gülə-gülə soruşub.

“Ona görə gecikib ki, o, əlavə 40 dəqiqəlik mətbuat konfransı təşkil etmişdi!” – deyə Trüdo əlavə edib: “Komandasında olanların çənələri yerə dəyirdi”.

Video dərhal virus kimi bütün sosial şəbəkələrdə yayılmağa başlayıb. Nədənsə hamı gülüş obyektinin məhz ABŞ prezidenti Donald Tramp olduğunu düşünüb.

“Bəli, bu video dəqiq diqqətdən kənarda qalmayacaq. Xüsusən nəzərə alsaq ki, prezidentin lağ edilməkdən zəhləsi gedir. Axı o, sələflərinə şəxsi hücuma keçmək üçün uzun illər “bütün dünya bizə gülür” ifadəsindən istifadə edib”, – “New York Times” nəşrinin reportyoru Meggi Haberman məsələyə münasibət bildirib.

Siyasi şərhçi Yan Bremmer hər zirvə toplantısında Trampın belə bir halla üzləşdiyini qeyd edir: “Böyük yeddiliy”in, ya da “Böyük iyirmiliy”in hər sammitində ABŞ prezidentinin arxasınca onu lağa qoyurlar”.

Bir müddət öncə Makron və Tramp fransalı İŞİD döyüşçüləri ilə bağlı “bir-birilərinə giriblər”.

Jurnalistlər Trampdan Avropada doğulan, ancaq Suriyada əsir düşən döyüşçülər haqqında sual verəndə o, Makrondan soruşub: “Hələ bu barədə prezidentlə macal tapıb danışa bilməmişəm. Bəs o, Fransada bir neçə yaxşı islamçı döyüşçü istəmir ki? Mən onları sizə verə bilərəm. Ürəyiniz hansını istəyir, götürün”.

Makron isə Trampı “ciddi olmağa çağırıb”, İŞİD-çilərə qarşı daha geniş kampaniyanın aparılması lazım gəldiyini vurğulayıb. Bundan sonra Tramp bir daha hücuma keçib.

“Bax, buna görə o, ən dahi siyasətçilərdən biridir. Bu, şahidi olduğum, cavabdan yayınmağın ən kələkbaz yollarından biri idi”, – deyə Tramp zarafatyana qeyd edib.

(xpressa.net)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138152

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031