Mirşahin Mustafayev qardaşlarına rəqib oldu – ANS ÇM radiosunun tezliyini almaq istəyir

10.12.2019 - 16:18

“Ümumrespublika radio kanalının açılması üçün 102,0 MHz tezliyinə Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqə yekunlaşmayıb. Hələlik hansı şirkətin radio üçün lisenziya alacağı dəqiq deyil”. Bunu Modern.az-a MTRŞ Aparatının rəhbəri Asəf Hacıyev söyləyib.

O qeyd edib ki, 102,0 FM radio tezliyinin satılması haqqında mətbuatda yayılanlar həqiqəti əks etdirmir:“Elan olunmuş müsabiqə dekabr ayının 12-də bitəcək. Sənəd qəbulu üçün hələ 2 gün də vaxt var. Müsabiqənin şərtlərinə görə, hansı şirkət qalib gələrsə, radio tezliyinin lisenziyası ona veriləcək”.

A.Hacıyev müsabiqəyə müraciət edən şirkətləri də açıqlayıb:Seyfulla Mustafayevin və Vahid Mustafayevin şirkətləri ayrı-ayrılıqda müraciət ediblər. Vahid Mustafayevin “Balans Studiyası”, Seyfulla Mustafayevin “İNS ÇM” MMC, Mirşahin Ağayevin “Real Təhlil İnformasiya Mərkəzi” MMC şirkətləri və “TV Media Azərbaycan” adlı digər bir şirkət hazırda müsabiqə üçün müraciət edənlər sırasındadır. Amma qeyd etdiyim kimi, müsabiqənin bitməsinə hələ iki gün vaxt var. Müraciət edənlərin siyahısı arta bilər”.

Virtualaz.org-a məlum olub ki, tenderdə iştirak etmək və sonradan öz radiolarını açmaqdan ötrü Mirşahinlə yanaşı  APA media holdinq də müraciət edib.

Qeyd edək ki, noyabrın 12-də Milli Televiziya və Radio Şurası (MTRŞ) yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edib. Belə ki, 102,0 MHz tezliyi üçün müsabiqə Bakı və Abşeron ərazisində noyabrın 12-də başlayıb və dekabrın 12-dək davam edəcək. Müsabiqəyə çıxarılan həmin 102,0 MHz bağlanan ANS ÇM radiosunun tezliyi olub.

Onu da qeyd edək ki, əfsanəvi FM-102 ÇM bir vaxtlar ölkədə ən populyar radio stansiya idi. Radio-tezliklərin satılması ilə bağlı tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olub.Yaradıcı ziyalıların nümayəndələri, məşhur elm adamları, yazıçılar, jurnalistlər, bəstəkarlar, tanınmış ictimai xadimlər Milli Qəhrəmanın adını daşıyan radiostansiyanın taleyindən narahatlıqlarını ifadə etmişdilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138378

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930