Bakıda naməlum kişi meyiti tapıldı
Bakıda naməlum kişi meyiti tapılıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Küçədə təxminən 55-65 yaşlarında kişi meyiti aşkar edilib.
Meyitin ilkin müayinəsi zamanı naməlum şəxsin qəbul etdiyi alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub.
Meyitin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=141021