cumhuriyyet.net
Bakıda naməlum kişi meyiti tapıldı • Cumhuriyyət
Bakıda naməlum kişi meyiti tapılıb. APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Küçədə təxminən 55-65 yaşlarında kişi meyiti aşkar edilib. Meyitin ilkin müayinəsi zamanı naməlum şəxsin qəbul etdiyi alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub. Meyitin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
nesimi