Siyəzəndə ağır qəza 3 NƏFƏR HƏLAK OLDU
Siyəzən rayonunda ağır-yol nəqliyyat hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) virtualaz.org-a bildirilib ki, “KamAZ” markalı yük avtomobili və “Renault” markalı minik avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=143602