Masallıda “Niva” dərəyə aşdı – 3 nəfər öldü

06.03.2020 - 13:44

Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzi xəbər verir ki, hadisə Güllütəpə ərazi vahidliyində, Köhnə Zuvand kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobil idarəetmədən çıxaraq dağlıq ərazidən dərəyə yuvarlanıb.

Qəza nəticəsində avtomobildə olan 6 nəfərdən 3-ü dünyasını dəyişib. Yaralılar təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=143623

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31