Bakıda piyadanı öldürən sürücüyə bəraət verilib

17.03.2020 - 11:16

Binəqədi rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rüfət Kazımovun cinayət işi üzrə məhəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, sonuncu prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Kazımovun əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılıb

Hökmlə razılaşmayan zərərçəkmiş şəxsin hüquqi varisi şikayət verib. Bakı Apelyasiya Məhkəməsində hakim Mizəli Abbasovun sədrliyi keçirilən prosesdə zərərçəkən şəxsin hüquqi varisinin şikayəti təmin edilməyib və Binəqədi rayon Məhkəməsinin çıxardığı bəraət hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən il paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Şəhər sakini Rüfət Kazımovun idarə etdiyi “Nissan Teana” markalı, 90-SF-717 dövlət qeydiyyatlı avtomobil Azadlıq prospekti ilə hərəkətdə olarkən piyada Vaqif Həsənovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyat hadisəsi törətmək, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=144120

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31