Bakıda üç qadın kişini döyüb ikinci mərtəbədən atdı

20.03.2020 - 12:19

Bakıda qonşular arasında dava baş verib.

“Report” xəbər verir ki, hadisə Nəsimi rayonunun “Kubinka” deyilən ərazisində qeydə alınıb.

Davada 1987-ci il təvəllüdlü Rəhmanov Əlibala Azad oğlu və onun xalası oğlu ağır bədən xəsarətləri alıblar.

Belə ki, yaşadığı mənzil plana düşdüyü üçün əşyalarını götürməyə gələn şəxslərlə qonuşlar arasında mübahisə düşüb. Sonda mübahisə dava ilə nəticələnib.

Üçü qadın olmaqla dörd nəfər R. Əlibalanın baş nahiyəsinə üzərində mismarlar olan taxta parçası ilə zərbələr endiriblər və sonra onu ikinci mərtəbədən yerə atıblar.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinədən sonra ona başının kəsilmiş yarası və qapalı kəllə-beyin travması diaqnozu qoyulub, reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=144243

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31