Bakıda daha bir evdən kişi meyiti tapıldı

31.03.2020 - 13:36

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

Virtualaz.org FHN-in saytına istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Yuriy Ponomaryovun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xatırladaq ki, martın 30-da paytaxtın Xətai rayonunda da evdən kişi meyiti tapılmışdı. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri orada da bağlı qapı arxasında qalmış 1959-cu il təvəllüdlü Dadaşov Yaqub Baba oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=144663

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31