Karantin rejimini pozan 2 189 sürücü və sərnişin cərimələndi

04.04.2020 - 11:34

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 03.04.2020-ci il saat 08:00-dan 04.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

BDYPİ-dən verilən məlumata görə, 03.04.2020-ci il saat 08:00-dan 04.04.2020-ci il 08:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 15-i rayon, 111-i paytaxt istiqamətinə olmaqla 126, Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 4-ü rayon, 31-i paytaxt istiqamətinə olmaqla 58, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 48-i rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 108, Sumqayıt şəhəri ərazisində yerləşən keçid postundan 180 və Abşeron rayonu ərazisində yerləşən keçid postundan 750 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Gün ərzində 1 199 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi ərazilərdən keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 2 189 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Ümumilikdə 19.03.2020-ci il tarixindən bu günədək 18 775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144804

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930