Bakıda qadın sürücü 6 qat dünya çempionu olan polisi xəstəxanalıq etdi — FOTO

27.05.2020 - 12:57

Azərbaycanda tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb.

Əməkdar idman ustası, kiqboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu “Prins Baku” təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Suraxanı rayonu 31-ci Polis bölməsi əməkdaşı olan K.Şərifov Şərifov mayın 11-də karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub. Karantin postunda “Audi” markalı maşını idarə edən qadını icazə sənədi olub-olmamasını yoxlamaq üçün saxlamaq istəyərkən sürücü qadın avtomobili ilə K.Şərifovun üstünə sürüb. Qaçmağa çalışarkən avtomobil Kamilin sol ayağının üstündən keçib. Xəstəxanada müayinə zamanı məlum olub ki ayağında vətərlər qopub.

Hazırda prokurorluqda cinayət işi başlanılıb araşdırma aparılır.

Xatırladaq ki, K.Şərifov 2015-ci ildə də Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsində növbə zamanı 5 nəfərlik cinayətkar qrupu zərərsizləşdirərkən 3 bıçaq yarası almışdı.(criminal.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147279

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930