Azərbaycan 1 milyon avroluq dələduzluqda təqsirləndirilən türk iş adamını axtarışa verib

10.06.2020 - 13:20

Azərbaycan hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Ali Osman Kutanoğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinir. APA-nın Türkiyə mətbuatından əldə etdiyi məlumata görə, Ali Osman Kutanoğlu azərbaycanlı iş adamlarına qarşı dələduzluq etməkdə və onları şəxsi həyatları ilə bağlı şantaj etməkdə şübhəli bilinərək 2017-ci ilin iyulunda İstanbulda saxlanılıb. Məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən Ali Osman Kutanoğlu istintaq təcridxanasına göndərilib. O, təxminən 1 ay sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Ali Osman Kutanoğlu azərbaycanlı iş adamlarına qarşı ümumilikdə 1 milyon 240 min avro dələduzluq edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=148091

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930