Xaçmazda minik avtomobili yük maşını ilə toqquşub, 5 nəfər xəsarət alıb

11.06.2020 - 12:33

Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun Xaçmaz ərazisindən keçən hissəsində qeydə alınıb.

“Qazel” markalı yük maşını ilə “Daewoo” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəsarətləri yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=148127

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728