Döyülərək qarət olunan şəxsi 2 saat sonra maşın vuraraq öldürüb – TƏFƏRRÜAT

17.06.2020 - 14:50

Hacıqabul polisi 5 ay əvvəl törədilən cinayətin üstünü açıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 28 yanvar 2020-ci il tarixində gecə saat 1.00 radələrində Bakı-Qazax magistralının Qarasu kəndindən keçən hissəsində Ağdam rayon sakini, 1982-ci il təvəllüdlü Kərimov Adil Şəmil oğlu ayaqyolunda döyülərək üzərində olan 10 min ABŞ dolları götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, A.Kərimov Bakı istiqamətində hərəkətdə olan taksidən düşərək ayaqyoluna gedib. Bu zaman taksidə A.Kərimovla birgə Bakıya gedən digər sərnişin də onun ardınca ayaqyoluna gedib. Həmin sərnişin A.Kərimovu vurub və üzərində olan 10 min ABŞ dollarının götürərək taksiyə qayıdıb. Daha sonra taksi Bakı istiqamətində hərəkətinə davam edib.

Hadisədən 2 saat sonra Hacıqabul rayonunun Muğan kəndi ərazisində A.Kərimovu Qaradağ sakini, 1987-ci il təvəllüdlü Güləliyev Orxan Vəzir oğlunun idarə etdiyi yük avtomobili vuraraq öldürüb. Mərhum A.Kərimovun qardaşı polisə onun üzərində olan pulunun oğurlanması barədə şikayət edib.

Bir müddət əvvəl Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs əvvəllər məhkum olunan Göygöl rayonunda məskunlaşan Kəlbəcər sakini, 1993-cü il təvəllüdlü Yusibov Elməddin Abariz oğlu saxlanılıb.

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148459

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930