Ana 37 yaşlı oğlunun doğum günündə koronavirusdan ölməsinə dözmədi – FOTO

24.06.2020 - 11:17

Azərbaycanda 37 yaşlı şəxs koronavirusdan vəfat edib və bu xəbəri eşidən anasının ürəyi dayanıb.

BAKU.WS xəbər verir ki, COVİD-19-a görə xəstəxanada müalicə alan Ramin Qurbanov virusla mübarizənin 9-cu günü məğlub olub.

Ürək ağrıdıcı məqam budur ki, Ramin doğum günündə vəfat edib. Sosial şəbəkədə təbriklər alan Ramin öldüyü gün səhər saatlarında hər kəsə təşəkkür etmişdi.

Başqa bir məlumatda Raminin ölüm xəbərini eşidən anasının da vəfat etdiyi bildirilir. Teymur Hacıyev adlı “Facebook” istifadəçisi yazıb ki, Ramin Qurbanovun anası oğlunun ölümünə tab gətirməyib.

Allah rəhmət etsin.

Short URL: http://www.cumhuriyyet.net/?p=148738

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728